Millətlər Liqasında gecənin nəticələri
    • 3-06-2022, 01:08
    • 290

Millətlər Liqasında gecənin nəticələri

UEFA Millətlər Liqasının ilk turu davam edir.

News24.az Oxu.Az-a istinadən xəbər verir ki, xəbər verir ki, daha 10 oyun baş tutub.

Belə ki, A Liqasında iki, B Liqasında üç, C Liqasında dörd, D Liqasında isə bir matç baş tutub.

Günün mərkəzi oyunu İspaniya və Portuqaliya komandaları arasında olub. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. 25-ci dəqiqədə Alvaro Moratonun vurduğu qola qonaqlar 82-ci dəqiqədə Rikardu Ortanın dəqiq zərbəsi ilə cavab veriblər.

A Liqasının 2-ci qrupunun digər matçında Çexiya İsveçrəni qəbul edib. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1.

B Liqasında Norveç səfərdə Serbiyanı 1:0, İsveç Sloveniyanı 2:0 hesabı ilə yendiyi halda, İsrail evdə İslandiyaya məğlubiyyətdən yaxa qurtarmağı bacarıb - 2:2.

C Liqasında yalnız Gürcüstan evdə Cəbəllütariq üzərində qələbə qazanmağı bacarıb - 4:0. Əvəzində Kipr Kosovoya 0:2, Şimali İrlandiya Yunanıstana 0:1 hesabı ilə uduzub, Bolqarıstan isə Şimali Makedoniya ilə heç-heçə edib - 1:1.

Nəhayət, D Liqasında Estoniya öz meydanında San-Marinonu üstələyib.

UEFA Millətlər Liqası

I tur


A Liqası

2-ci qrup

İspaniya - Portuqaliya - 1:1

Qollar: Alvaro Morata, 25 - Rikardu Orta, 82



Çexiya - İsveçrə - 2:1

Qollar:
Yan Kuxta, 11. Cibril Sou, 58 (öz qapısına) - Noa Okafor, 44

B Liqası

2-ci qrup


İsrail - İslandiya - 2:2


Qollar:
Liel Abada, 25. Şon Vayssman, 84 - Torir Yohann Helqason, 42. Arnor Siqurdsson, 53

4-cü qrup

Sloveniya - İsveç - 0:2


Qollar:
Emil Forsberq, 39 (pen.). Deyan Kulusevski, 88

Serbiya - Norveç - 0:1

Qol:
Erlinq Holann, 26



C Liqası

2-ci qrup


Kipr - Kosovo - 0:2


Qollar:
Valon Berişa, 65. Edon Joqrova, 78

Şimali İrlandiya - Yunanıstan - 0:1

Qol:
Tasos Bakasetas, 39

4-cü qrup

Bolqarıstan - Şimali Makedoniya - 1:1


Qollar:
Kiril Despodov, 34 - Milan Ristovski, 50

Gürcüstan - Cəbəllütariq - 4:0

Qollar:
Xviça Kvaratsxeliya, 12. Quram Kaşiya, 33. George Mikautadze, 87. Valeri Qazaişvili, 88

D Liqası

2-ci qrup


Estoniya - San Marino - 2:0


Qollar:
Robert Kirss, 23. Conas Tamm, 32