AFFA Azərbaycan Kubokunun finalçılarını cəzalandırıb
    • 3-06-2022, 13:08
    • 384

AFFA Azərbaycan Kubokunun finalçılarını cəzalandırıb

AFFA Azərbaycan Kubokunun finalçılarını cəzalandırıb.

Azərbaycan Kubokunun final mərhələsinin “Qarabağ” – “Zirə” oyununda “Qarabağ” klubunun azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr işlədildiyi üçün klub 4000 manat cərimə olunur (maddə 41.6);

 “Qarabağ” – “Zirə” oyununda təcili tibbi yardım nümayəndəsi oyuna təyin olunan vaxtdan gec gəldiyi üçün meydan sahibi klub 3200 manat cərimə olunur (maddə 59.4);

“Qarabağ” klubunun azarkeşləri pirotexnikadan istifadə etdiyi üçün klub 800 manat cərimə olunur (maddə 51.2);

“Zirə” klubunun məşqçisi Eltun Yaqublu cəzalı olduğu halda meydançaya daxil olduğu üçün cəzasına 1 oyun əlavə olunur, klub 800 manat cərimə olunur (maddə 75);

“Zirə” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur (maddə 39).