Putin: "Yeni sanksiyalar dünya bazarlarında vəziyyəti daha da pisləşdirəcək"
    • 3-06-2022, 23:36
    • 297

Putin: "Yeni sanksiyalar dünya bazarlarında vəziyyəti daha da pisləşdirəcək"

"Rusiyaya qarşı yeni sanksiyalar dünya bazarlarında vəziyyəti daha da pisləşdirəcək"

Bunu Rusiya Prezidenti Vladimir Putin “Rossiya-1” telekanalına müsahibəsində deyib.

Rusiya lideri qeyd edib ki, yeni sanksiyalar dünya bazarlarında qiymət artımına gətirib çıxaracaq.

"Bu, dünya gübrə bazarlarında vəziyyəti daha da pisləşdirəcək, bu isə o deməkdir ki, məhsul yığımına təsir edəcək. Deyərdim ki, bu dalana aparan siyasətdir”, - Putin qeyd edib./Report/