Xəzərdə 58 yaşlı kişi boğulub
    • 18-07-2018, 23:00
    • 1 050

Xəzərdə 58 yaşlı kişi boğulub

 Xəzər dənizində 58 yaşlı kişi boğulub.

Fövqəladə Hallar Nazirliyindən news24.az-a bildirilib ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Sabunçu rayonunda dənizdə bir nəfərin batması barədə məlumat daxil olub.

1960-cı il təvəllüdlü Hüseynov Tərlanın meyiti hadisə yerinə cəlb olunmuş Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.