-
- 6-06-2022, 11:54
- 233
“ASAN xidmət” mərkəzində də təhsil xidmətləri təqdim olunmağa başlanıldı
İyunun 1-dən yeni yaradılan 7 saylı “ASAN xidmət” mərkəzində də təhsil xidmətləri təqdim olunmağa başlanılıb. İlkin mərhələdə vətəndaşlar mərkəzdə 5 təhsil xidmətindən yararlana bilərlər. Növbəti mərhələlərdə xidmətlərin sayının artırılması nəzərdə tutulur.
News24.az xəbər verir ki, sözügedən təhsil xidmətlərinin hər biri Təhsil Nazirliyi tərəfindən elektron qaydada da həyata keçirilir. Bununla yanaşı, elektron qeydiyyat prosesində hər hansı çətinlik çəkən və ya məlumatsız vətəndaşlar bundan sonra 5 və 7 saylı “ASAN xidmət” mərkəzlərinə də yaxınlaşaraq konsultativ dəstək ala bilərlər.
Mərkəzlər vasitəsilə təhsil sahəsində vətəndaş müraciətləri üzrə məsləhətçi, şagirdlərin elektron yerdəyişməsi, ümumi təhsil müəssisələrinin birinci sinflərinə şagird qəbulu, cari təhsilalanlar üçün elektron təhsil arayışları, təhsil tələbə kreditinə elektron müraciət xidmətlərindən yararlanmaq mümkündür.
Qeyd edək ki, Təhsil Nazirliyinin və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə əməkdaşlığı nəticəsində prosesin tədricən paytaxt və regionlarda fəaliyyət göstərən digər mərkəzlərdə də həyata keçirilməsi planlaşdırılır.