Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
    • 7-06-2022, 10:07
    • 332

Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında bu gündən başlayaraq iyunun birinci ongünlüyün sonunadək şimal-qərb küləyi 15-20 m/s, arabir 23-25 m/s olacaq.

Milli Hidrometeorologiya Xidmətindən News24.az-a verilən xəbərə görə, Azərbaycanın rayonlarında iyunun 7-dən 11-i gündüzədək bəzi yerlərdə şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir.

Əsasən şimal və qərb rayonlarında intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.

Qərb küləyi arabir 15-20 m/s, bəzi yerlərdə arabir 23-28 m/s olacaq.

Çaylarda sululuğun artacağı ehtimalı var.