Bakıda güclü külək əsəcək -Xəbərdarlıq
    • 15-09-2021, 17:21
    • 542

Bakıda güclü külək əsəcək -Xəbərdarlıq

Sentyabrın 16-sı axşamdan 17-si günün ikinci yarısınadək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-18 m/s, arabir 20 m/s, gecə və səhər arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən News24.az-a  bildirilib.​

Azərbaycanın rayonlarında

Sentyabrın 17-si səhərdən 18-i gündüzədək əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə  leysan xarakterli intensiv  və  güclü olacağı, dolu düşəcəyi ehtimalı var.

16-sı axşam, 17-də qərb küləyi 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. 

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi  ehtimal olunur.