Tovuzda minik avtomobili elektrik dirəyinə çarpıldı
    • 7-06-2022, 10:52
    • 232

Tovuzda minik avtomobili elektrik dirəyinə çarpıldı

Tovuz rayonunun Qovlar şəhərində "VAZ" markalı minik avtomobili yol kənarındakı elektrik dirəyinə çarpılıb.

Bu barədə News24.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Nəticədə avtomobilin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.