Bakıda minik, Qəbələdə yük avtomobili yanıb
    • 6-01-2021, 14:55
    • 496

Bakıda minik, Qəbələdə yük avtomobili yanıb

Bakıda minik, Qəbələdə yük avtomobili yanıb.

News24.az
Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Qəbələ rayonunda “QAZ” markalı yük avtomobilinin mühərriki və kabinə hissəsi qismən yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. 

Paytaxtın şəhərinin Nizami rayonunda isə “Mercedes” markalı minik avtomobilinin salonu qismən yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.