-
- 8-06-2022, 13:47
- 432
Azərbaycanda şok hadisə - Moykada “Prado”nu yuyan işçi sükana oturub rayona sürdü
Abşeronun Saray qəsəbəsində “Toyota Prado” markalı avtomobili qaçıran şəxsə cinayət işi açılıb.
News24.az xəbərinə görə, hadisə bu il fevralın 2-də baş verib. 1995-ci il təvəllüdlü, Göyçay sakini Təbriz Cəfərov Saray qəsəbəsində avtoyuma məntəqəsində çalışarkən müştəri “Toyota Prado” markalı gtirərək onu yumasını bildirib və açarı verərək gedib. Bundan sonra avtomobili yuyan Təbriz maşını qaçırmaq qərarına gəlib.
Sükan arxasına əyləşən gənc avtomobili Xırdalana sürüb və burada yerləşən “Nazlı petrol” yanacaqdoldurma məntəqəsində maşına 10 manatlıq yanacaq vurduqdan sonra Bakı istiqamətinə, oradan da magistral yolla doğulub böyüdüyü Göyçay rayonuna getmək qərarına gəlib. Təxminən 140 kilometr yol sürdükdən sonra avtomobil Hacıqabul rayonu ərazisində yerləşən Nəvahi postunda yol polisi əməkaşlar tərəfindən saxlanılıb. Sürücü maşını qaçırdığını etiraf edib və yol polisi əməkdaşları Abşeron rayonundan gələn polis əməkdaşlarına avtomobili və Təbriz Xəlilovu təhvil veriblər.
Təbrizin barəsində Abşeron rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 185.1-ci (Talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə) maddəsi ilə iş açılıb. Cinayət işinin matrialları Abşeron rayon Məhkəməsinə göndərilib. Hakim Vaqif Həsənovun sədrliyi ilə keçirilən məhkəmə prosesinin yekununda Təbriz Xəlilovun 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmsinə hökm edilib.