"Öləndə dişlərini də yanında basdırdıq" - Nail həyat yoldaşı haqda - VİDEO
    • 17-12-2018, 11:32
    • 1 643

"Öləndə dişlərini də yanında basdırdıq" - Nail həyat yoldaşı haqda - VİDEO

ARB TV-nin "Öz evimizdir” verilişinin növbəti qonağı rejissor Nail Naiboğlu olub.

News24.az xəbər verir ki, O, bir il öncə vəfat edən həyat yoldaşından danışıb:

"Bir günün içində baş verdi. Axşam montajda idim. Oğlum zəng etdi ki, ata, evə gəl, anamın halı yaxşı deyil. Gəlib, gördüm ki, özündə deyil, dodaqları qaralıb. Soruşdum nə olub? Dedi ki, elə bil məni boğurlar. Oturdum yanında, İlahəyə yazdım ki, Güləri itirsəm mənə çox çətin olar.

Heç bir xəstəliyi yox idi. Biraz artıq çəkisi var idi. Mədəkiçiltmə əməliyyatı etdirəcəkdi. Dişlərinin müalicəsi gedirdi, onu gözləyirdik. Amma müalicə bitmədən dünyasını dəyişdi. Öləndə dişlərini də yanında basdırdıq”.