"Real Madrid" Modriçlə müqaviləni UZATDI
    • 8-06-2022, 16:00
    • 334

"Real Madrid" Modriçlə müqaviləni UZATDI

İspaniyanın "Real Madrid" klubu futbolçusu Luka Modriçlə müqavilənin müddətini uzadıb.

News24.az "kral klubu"nun rəsmi saytına istinadən xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi ilə bir illik yeni sözləşmə imzalanıb.

Qeyd edək ki, xorvatiyalı oyunçu 2012-ci ildən paytaxt təmsilçisində çıxış edir. Modriç 2021/2022 mövsümündə 45 qarşılaşmada 3 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.