ABŞ-da hərbi təyyarə qəzaya uğradı: 5 nəfər öldü
    • 9-06-2022, 11:35
    • 233

ABŞ-da hərbi təyyarə qəzaya uğradı: 5 nəfər öldü

ABŞ-ın Kaliforniya ştatının San Dieqo şəhərindən 160 kilometr şərqdə dəniz piyadalarını daşıyan hərbi təyyarə qəzaya uğrayıb.

ABŞ Dəniz Piyadaları Korpusunun sözçüsü Duane Kampa verdiyi açıqlamada bildirib ki, qəzadan sağ qalan hərbçilərin olub-olmaması hələlik məlum deyil.

Qəzanın səbəbi hələ məlum olmasa da, istintaq davam edir.