Hərbçilərimiz Türkiyədə yüksək peşəkarlıq nümayiş etdiriblər - FOTO
    • 9-06-2022, 14:34
    • 232

Hərbçilərimiz Türkiyədə yüksək peşəkarlıq nümayiş etdiriblər - FOTO

İyunun 9-da Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov “Efes-2022” çoxmillətli təliminin sonuncu günündə icra olunan tapşırıqları izləyib.

Bu barədə News24.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Yüksək səviyyəli qonaqlar qismində təlimi izləmək üçün Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan poliqona gəlib.

Təlim iştirakçıları snayper atışları, mühüm əhəmiyyətə malik hədəfin ələ keçirilməsi, eləcə də dəniz piyadalarının sahil obyektinə basqın tapşırıqlarını yerinə yetiriblər.

Əlahiddə Ümumqoşun Ordudan və Hərbi Dəniz Qüvvələrindən bir qrup hərbi qulluqçumuzun da cəlb edildiyi beynəlxalq təlimdə iştirakçılar yüksək peşəkarlıq nümayiş etdiriblər.

Xatırladaq ki, təlimdə Z.Həsənovla yanaşı Azərbaycanın Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev də iştirak edib.