Misirdə qolsuz dinozavrların fosilləri tapıldı
    • 10-06-2022, 01:06
    • 440

Misirdə qolsuz dinozavrların fosilləri tapıldı

Paleontoloqlar Misirin Qərb səhrasındakı Bahariya vahəsində orta boylu abelizaurid teropod dinozavrının boyun fəqərəsini aşkar ediblər.

News24.az xəbər verir ki, tapıntı həm Misirdə, həm də Şimal-Şərqi Afrikada bu dinozavr ailəsinin ilk fosilidir.

"Royal Society Open Science" jurnalında dərc olunan məqalədə qeyd olunur ki, abelisauridlər seratozavrlar qrupuna aid olub. Bu yırtıcı ikiayaqlı kərtənkələlər "qolsuz" və "bulldoq" ağızları ilə fərqlənib.

Onların ön ayaqları rudimentar, kəllə qısa, gözlərin üstündə isə sümüklü təpələr olub. Bu ailə coğrafi cəhətdən ən müxtəlif və geniş yayılmış ailələrdən biri hesab olunur.

Təbaşir dövründə onlar bütün cənub torpaq ərazilərini "işğal" edibər və indi Cənubi Amerikada, kontinental Afrikada, Hindistanda, Madaqaskarda və Avropada rast gəlinir.

Ohayo Universitetinin aspirantı, aparıcı müəllif Belal Salem deyir: "Tabaşir dövrünün ortalarında Bahariya vahəsi planetin ən qorxulu yerlərindən biri olub".

Qalıqları burada tapılan bütün nəhəng yırtıcıların birlikdə yaşaması və onlara necə qida tapması sirr olaraq qalır.