Misirdə xristian ata və oğulu öldürən polis edam ediləcək - FOTO
    • 2-04-2019, 21:58
    • 833

Misirdə xristian ata və oğulu öldürən polis edam ediləcək - FOTO

Misirdə xristian ata və oğulu öldürən polisi edam cəzasına məhkum ediblər.

News24.az
AZƏRTACa istinadla xəbər verir ki, Şimali Afrikada məskunlaşan Koptlar icmasından olan ailənin üzvlərini qətlə yetirən polis nəfəri Rabi Xəlifə Misir məhkəməsinin hökmü ilə edam cəzasına məhkum edilib. Xristian dininə etiqad edən 49 yaşlı Kamal Sadeq və onun oğlu Davidi ötən ilin dekabrında işlədikləri inşaat meydanında qətlə yetirən “qanun keşikçisi” törətdiyi ağır cinayətin səbəbini izah edə bilməyib.

Qeyd edək ki, Misirdə Koptlar adlanan xristian azlığa qarşı bir sıra cinayətlər törədilib. Yerli hüquq-mühafizə orqanları bu qətllərin qarşısını qətiyyətlə alır.