Lekler Azərbaycan Qran-Prisinin tarixinə düşdü
    • 11-06-2022, 20:30
    • 696

Lekler Azərbaycan Qran-Prisinin tarixinə düşdü

“Ferrari”nin pilotu Şarl Lekler Formula 1 Azərbaycan Qran-Prisinin tarixinə düşüb.

News24.az xəbər verir ki, monakolu pilot Azərbaycan Qran-Prisinin tarixində iki dəfə poul qazanan yeganə idmançıdır.

Ş.Lekler ilk poulunu ötən il qazanıb. Həmin il pilot Azərbaycan Qran-Prisini dördüncü pillədə başa vurub.

Builki dünya çempionatına martın 18-20-də Bəhreyn Qran-Prisi ilə start verilib. Sonrakı mərhələlər Səudiyyə Ərəbistanı, Avstraliya, İtaliya, ABŞ, İspaniya və Monakoda keçirilib. Yeddi mərhələdən sonra pilotların siyahısına “Red Bull Racing” komandasının niderlandlı sürücüsü Maks Ferstappen başçılıq edir. Onun aktivində 125 xal var. Ferstappendən 9 xal geri qalan Şarl Lekler (“Ferrari”) ikinci sırada qərarlaşıb. İlk beşliyi 110 xalla Serxio Peres (“Red Bull Racing”), 84 xalla Corc Rassel (“Mercedes”) və 83 xalla Karlos Saynz (“Ferrari”) tamamlayırlar.