-
- 17-12-2018, 18:57
- 1 275
Azərbaycan əhalisinin sayı 10 milyona yaxınlaşır
İlin əvvəlindən Azərbaycan əhalisinin sayı 69 min 645 nəfər artaraq noyabr ayının 1-i vəziyyətinə 9 milyon 967 min 730 nəfərə çatıb.
Dövlət Statistika Komitəsindən bildiriblər ki, əhalinin bir kvadratkilometrə düşən sayı 115 nəfər olub. Əhalinin ümumi sayından 52,9 faizini şəhər, 47,1 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.
Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-oktyabr aylarında 116365 doğulan körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 14,2 təşkil edib. Körpələrin 53,3 faizi oğlan, 46,7 faizi isə qız uşaqlarıdır. Doğulan körpələrdən əkizlərin sayı 2236, üçəmlərin sayı isə 96 olub.
2018-ci ilin on ayında ölkədə 48186 ölüm halı qeydə alınıb və ölüm səviyyəsi əhalinin hər 1000 nəfərinə 5,9 təşkil edib.
Qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-oktyabr ayları ərzində 50882 nikah və 12396 boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,2, boşanmaların sayı isə 1,5 olub.
Bu ilin yanvar-oktyabr aylarında Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 2826 nəfər gələn, Azərbaycandan isə 1360 nəfər gedən qeydə alınıb, ölkə üzrə miqrasiya saldosu müsbət 1466 nəfər təşkil edib.
// AZƏRTAC