Bakının mərkəzində əxlaqsızlıq yuvaları yaradan qadının ŞOK ƏMƏLLƏRİ
    • 14-06-2022, 17:42
    • 408

Bakının mərkəzində əxlaqsızlıq yuvaları yaradan qadının ŞOK ƏMƏLLƏRİ

Bakının mərkəzində bir neçə ünvanda kirayə götürdüyü mənzilləri əxlaqsızlıq yuvasına çevirən Göygöl rayon sakini, 1984-cü il təvəllüdlü Sevinc Qədirova (ad və soyad) barəsində Nəsimi rayon Məhkəməsinin bu ilin fevralında çıxardığı hökmdən apellyasiya şikayəti verilib.

News24.az-ın məlumatına görə, Cinayət Məcəlləsinin 244.2.1-ci (əxlaqsızlıq yuvaları saxlama – təkrar törədildikdə) maddəsi ilə təqsirləndirilən qadın ilk dəfə cinayət törətdiyini, epilepsiya xəstəsi olmasını, himayəsində bir azyaşlı və 18 yaşı tamam olmuş 2 övladınn olmasını və sair bildirirək ona verilmiş 3 illik həbs cəzasının müddətinin azaldlmasını xahiş edib.

Məhkəmədə bildirilib ki Sevinc Qədirova kirayə götürdüyü mənzillərdə əvvəldən tanıdığı və fahişəliklə məşğul olan qadınları digər şəxslərlə görüşlərini təşkil edib və hər görüş üçün onlardan 25-30 manat əldə edib. S.Qədirova isə bildirib ki, həmin evləri paytaxta müalicəyə gələn şəxslərə kirayə vermək niyyəti ilə götürüb.

Bakı Apellyasiya Məhkəməsi əxlaqsızlıq yuvaları yaradaraq bu işdən gəlir götürən qadının müraciətini təmin etməyib və ona verilmiş 3 illik həbs cəzası qüvvədə saxlanılıb.