Meksikada polislə silahlı dəstə arasında toqquşma oldu, 11 nəfər öldü
    • 15-06-2022, 10:51
    • 229

Meksikada polislə silahlı dəstə arasında toqquşma oldu, 11 nəfər öldü

Meksika polisi Meksika əyalətinin Tekskaltitlan qəsəbəsində bir dəstəyə qarşı əməliyyat keçirib . 

Dəstə üzvlərinin ağır silahlarla cavab verməsindən sonra başlayan qarşıdurmada 11 dəstə üzvü öldürülüb, 4-ü yaralanıb.

News24.az xarici KİV-ə istinadla xəbər verir ki, polis 7 dəstə üzvünü saxlayıb, əməliyyat zamanı 3 polis yaralanıb.

Dəstə üzvlərindən 20 uzunlüləli silah, çoxlu patron, gülləkeçirməz jiletlər və müxtəlif rabitə vasitələri götürülüb.