Bakıda məşhur rejissorun evinə basqın edən şəxslər barədə YENİ XƏBƏR
    • 14-07-2019, 15:38
    • 1 200

Bakıda məşhur rejissorun evinə basqın edən şəxslər barədə YENİ XƏBƏR

Bakıda quldurluq etmiş dəstə üzvləri Apelyasiya Məhkəməsinə müraciət edib.
News24.az-ın məlumatına görə, tanınmış rejissor Nail Naiboğlunun evinə basqın edərək quldurluq edən dəstə üzvləri: Amid Qasımov, Mirağa Cəfərov və Ümid Cəfərov Bakı Apelyasiya Məhkəməsindən işə yenidən baxılmasını və barələrində Bakı Ağır Cinayətlər Məhkəməsinin verdiyi hökmün dəyişdirilməsini xahiş ediblər. İşə hakim Qədim Babayevin sədrlik etdiyi kollegiya tərəfindən baxılacaq.
Qeyd edək ki, məhkəmənin hökmü ilə Ü.Cəfərov 10 il, M.Cəfərov 9 il və A.Qasımov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Təqsirləndirilən şəxslər 4 sentyabr 2014-cü ildə Nail Naib oğlu Rzayevin yaşadığı Xətai rayonu, Gəncə prospektində olan evinə basqın ediblər. Başlarına maska taxan mütəşəkkil dəstənin üzvləri klipmeykerin əl-qolunu bağlayaraq ona silah çəkiblər.

Onlar silah qismində istifadə etdikləri əşya ilə klipmeykerə hədə-qorxu gələrək pul və qızılları tələb ediblər. Dəstə üzvləri Nailin evində axtarış aparan zaman iki ədəd telefonunu, brilyant qaşlı qızıl üzüyünü götürüblər. Onlar klipmeykerin başından vuraraq onu uydurublar və daha sonra evi tərk ediblər.

Bundan başqa, dəstə üzvləri N.Naiboğlunun ailəsini məhv etməklə hədələyiblər və ondan 10 min manat pul tələb ediblər. Nail onlara 1000 manat verə biləcəyini deyib. Həmin gün Nail "Əhmədli" metrostansiyasının yaxınlığında dəstə üzvlərinə 1000 manat verib. Bundan sonra təqsirləndirilənlər N.Naiboğludan yenə də pul tələb ediblər.

N.Naiboğlu hədə-qorxu ilə pul tələb edən dəstənin əməlindən Xətai rayon Polis İdarəsinin 35-ci polis bölməsinə şikayət edib. Həmin gün saat 16 radələrində N.Naiboğlu dəstə üzvlərinə qalan pulu vermək istəyərkən polis əməkdaşları əməliyyat keçirib. Keçirlən əməliyyat nəticəsində dəstə üzvləri həbs edilib.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4, 181.2.5-ci (quldurluq), 182.2.1, 182.2.2, 182.2.3, 182.2.4-cü (hədə-qorxu yolu ilə tələb etmə) maddələri ilə ittiham ediliblər.