Ceyhun Bayramov Şuşa Bəyannaməsinin ildönümü ilə bağlı paylaşım etdi
    • 15-06-2022, 12:57
    • 315

Ceyhun Bayramov Şuşa Bəyannaməsinin ildönümü ilə bağlı paylaşım etdi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Şuşa Bəyannaməsinin birinci ildönümü ilə bağlı paylaşım edib.

News24.az-ın xəbərinə görə, paylaşımda deyilir:

"Qardaş ölkələr – Türkiyə və Azərbaycan arasında müttəfiqlik münasibətlərinə dair tarixi Şuşa Bəyannaməsinin 1-ci ildönümünü qürurla qeyd edirik. "Bir millət, iki dövlət" şüarını sözlə deyil, əməllərimizlə həyata keçiririk. Yaşasın Azərbaycan-Türkiye qardaşlığı və müttəfiqliyi!”