“Qarabağ” “Lex”i keçsə, bu komanda ilə qarşılaçacaq
    • 15-06-2022, 14:22
    • 450

“Qarabağ” “Lex”i keçsə, bu komanda ilə qarşılaçacaq

"Qarabağ"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub.

News24.az "report"a istinadən xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu komanda I təsnifat mərhələsində Polşa "Lex"ini keçəcəyi təqdirdə növbəti raundda “Sürix” (İsveçrə) ilə görüşəcək.

Azərbaycan çempionu II təsnifat mərhələsində ilk matçını evdə keçirməlidir.

Qeyd edək ki, II təsnifat mərhələsinin matçları iyulun 19-20-də və 26-27-də keçiriləcək.