Çempionlar Liqasında "Qarabağ"ın potensial rəqibləri müəyyənləşdi
    • 10-08-2020, 14:21
    • 1 105

Çempionlar Liqasında "Qarabağ"ın potensial rəqibləri müəyyənləşdi

"Qarabağ"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub. 

News24.az xəbər verir ki, Ağdam təmsilçisi I mərhələdə Şimali Makedoniya "Sileks"ini keçəcəyi təqdirdə "Şerif" (Moldova) - "Fola Eş" (Lüksemburq) cütünün qalibi ilə üz-üzə gələcək. 

Qeyd edək ki, Çempionlar Liqasında I təsnifat mərhələsinin oyunları 18-19 avqust, II mərhələnin matçları isə 25-26 avqustda gerçəkləşəcək. Pley-offa qədər bütün raundlar bir oyundan ibarət olacaq.