Şairə Nurəngiz Günün 80 illik yubileyi qeyd olunacaq
    • 18-12-2018, 12:36
    • 3 287

Şairə Nurəngiz Günün 80 illik yubileyi qeyd olunacaq

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 19 dekabr 2018-ci il tarixində, saat 19:00-da Azərbaycan Dövlət Musiqili Teatrında şairə Nurəngiz Günün 80 illiyinə həsr olunmuş təntənəli yubiley tədbiri keçiriləcək.

Nazirlikdən verilən məlumata görə, tanınmış ədəbiyyat və incəsənət xadimlərinin qatılacağı tədbirdə Nurəngiz Günün həyat və yaradıcılığından, Azərbaycan ədəbiyyatına töhfələrindən danışılacaq. Həmçinin, sevilən müğənnilərin ifasında musiqilər səsləndiriləcək.