-
- 20-05-2019, 18:36
- 1 574
Milli Dram Teatrında Vaqif Səmədoğlunun yubiley tədbiri keçiriləcək
Mayın 24-də Akademik Milli Dram Teatrında Xalq şairi Vaqif Səmədoğlunun 80 illik yubileyi ilə bağlı anım tədbiri keçiriləcək.
Teatrın mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, yubiley tədbirində dövlət rəmiləri, ədəbiyyat və incəsənət xadimləri, oxucular iştirak edəcək.
Tədbirdə Vaqif Səmədoğlunun Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərindən danışılacaq, onun kitablarından ibarət sərgi nümayiş olunacaq.
Daha sonra Xalq şairi Vaqif Səmədoğlunun “Generalın son əmri” əsəri əsasında hazırlanan eyniadlı ikihissəli tragikomik tamaşa oynanılacaq.
Səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Ramiz Həsənoğlu, quruluşçu rəssamı Xalq rəssamı Nazim Bəykişiyev, bəstəkarı isə Əməkdar incəsənət xadimi Cavanşir Quliyevdir.
Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanan tamaşada əsas rolları Xalq artistləri Cəfər Namiq Kamal, Sabir Məmmədov, Əjdər Həmidov, Əməkdar artistlər Mehriban Xanlarova, Dilarə Əliyeva, Sənubər İsgəndərli, Almaz Amanova, Ayşad Məmmədov, Rövşən Kərimduxt, Hicran Nəsirova, aktyorlar Rəşad Bəxtiyarov, Ramin Şıxəliyev, Elnar Qarayev və Cümşüd Zeynalov ifa edir.
Qeyd edək ki, tamaşanın premyerası 2014-cü il sentyabrın 19-da baş tutub.