İranda 5,2 bal gücündə zəlzələ baş verdi

İranda 5,2 bal gücündə zəlzələ baş verdi Dünya
Tehran Universitetinin Seysmologiya Mərkəzinin açıqlamasında bildirilir ki, İranın cənubundakı Hörmüzqan əyalətinin Cənah şəhərində yerli vaxtla saat 10:36-da 5,2 bal gücündə zəlzələ baş verib.

News24.az İHA-ya istinadla xəbər verir ki, zəlzələnin 8 kilometr dərinlikdə qeydə alındığı bildirilib.

Qeyd edək ki, Hörmüzqanda son bir saat ərzində daha 5 bal gücündə 4 və daha yuxarı zəlzələnin baş verdiyi bildirilib.