Fransa və İspaniyada anomal istilər hökm sürür
    • 16-06-2022, 01:46
    • 363

Fransa və İspaniyada anomal istilər hökm sürür

Fransa və İspaniyanın bir çox regionlarında anomal yüksək temperatur yaranıb.

Fransa meteorologiya xidməti 23 departamentdə istilərlər əlaqədar təhlükə səviyyəsinin yüksəldiyini
açıqlayıb.

İyunun 15-də Tuluzada havanın temperaturu 35 dərəcə, Lionda 36 dərəcə və Bordoda 33 dərəcəyədək yüksəlib. Sinoptiklər yaxın günlərdə istilərin davam edəcəyi ilə bağlı xəbərdarlıq edirlər.

İstilər İspaniyaya da təsir edib. İyunun 15-də ölkənin bir çox bölgəsində havanın temperaturu 40 dərəcədən yuxarı qalxıb. İspaniyanın 17 regionundan 9-da təhlükənin artdığı elan edilib. /Report/