Azərbaycanda seriallar və musiqilərin dili monitorinq ediləcək
    • 16-06-2022, 12:22
    • 315

Azərbaycanda seriallar və musiqilərin dili monitorinq ediləcək

"Azərbaycanda seriallar və musiqilərin dili monitorinq ediləcək".

News24.az xəbər verir ki, bunu Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru, professor Sevinc Əliyeva "Radioların dili monitorinq aynasında” adlı tədbirdə deyib.

O bildirib ki, sentyabr ayından Mərkəzdə media nümayəndələri üçün təlimlər keçiriləcək: "Təlimlər mərkəzin əməkdaşları tərəfindən aparılacaq. Həmçinin AZTV-də debat formatında veriliş hazırlanacaq".