Bakıda ikimərtəbəli binada yanğın - Yeniləndi- VİDEO
    • 16-06-2022, 22:18
    • 683

Bakıda ikimərtəbəli binada yanğın - Yeniləndi- VİDEO

Fövqəladə Hallar Nazirliyi Bakıda ikimərtəbəli binada baş verən yanğınla bağlı məlumat yayıb.

Nazirlikdən News24.az-a verilən xəbərə görə, qurumun "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, İzzət Orucov küçəsində ikimərtəbəli binanın ikinci mərtəbəsindəki mənzildə yanğın olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.



Paytaxtın Xətai rayonunda yanğın baş verib. 

News24.az xəbər verir ki, yanğın 37-ci polis bölməsinin yaxınlığında, Nəcəfqulu Rəfiyev küçəsində olub.

Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki məlum deyil.