Coca-Cola Rusiyanı tərk edir - Qərar
    • 17-06-2022, 00:56
    • 3 336

Coca-Cola Rusiyanı tərk edir - Qərar

“Coca-Cola”nın Rusiyadakı distribütoru olan “Coca-Cola HBC” şirkəti Rusiyadakı fəaliyyətini dayandırıb.

News24.az xəbər verir ki, distribütorun Rusiyadakı bütün mağazaları hazırda içki ehtiyatlarını boşaltmaq prosesindədir.

"Şirkətin inventarları tükəndikdən sonra, Coca-Cola HBC "artıq Rusiyada Coca-Cola və ya digər Coca-Cola Company markalarını istehsal etməyəcək və ya satmayacaq", - şirkətin açıqlamasında deyilir.