-
- 30-05-2019, 14:55
- 1 559
Bakıda “Coca-Cola” şirkətində hadisə - 3 nəfər xəsarət aldı
“Coca-Cola” şirkətinin 3 əməkdaşının üzərinə qaynar su tökülüb.
News24.az ONA-ya istinadla xəbər verir ki, hadisə Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən “Coca-Cola” şirkətinin qazanxanasında baş verib.
Qazanxanadakı avadanlıqlarda yaranan nasazlıq nəticəsində orada işləyən 1961-ci il təvəllüdlü Məmmədov Nazim Şəmməd oğlu, 1960-cı il təvəllüdlü Vəlixanov Həsən Qaraoğlan oğlu və 1980-cı il təvəllüdlü Məmmədov Pərviz Cəlal oğlu yanıq xəsarətləri alıblar.
Faktı ONA-ya şirkətin İctimaiyyətlə əlaqələr şöbəsindən təsdiqləyiblər. Şöbənin əməkdaşı Sərvinaz Ələkbərova bildirib ki, mayın 29-u səhər saatlarında su prosessorlarına texniki nəzarət zamanı nasazlıq yaranıb və 3 əməkdaşın üzərinə qaynar su tökülüb. Hazırda əməkdaşların vəziyyəti stabildir, həkim nəzarətindədirlər və həyatları üçün heç bir təhlükə yoxdur.