Ailəsinə əsəbləşdi, evi yandırdı
    • 17-06-2022, 12:40
    • 220

Ailəsinə əsəbləşdi, evi yandırdı

Tayvanda Hsinçu şəhərində yaşayan şəxs ailədə naməlum səbəbdən mübahisə etdikdən sonra içəridəkilərlə birlikdə yaşadıqları 2 mərtəbəli evi yandırıb.

News24.az bu barədə xarici KİV-ə istinadla xəbər verir.

Yanğın söndürüldükdən sonra evdə mənzil sahibinin həyat yoldaşı, qızı, 2 gəlin və 4 uşaq olmaqla 8 nəfərin meyitini aşkar ediblər. Uşaqların 1, 4, 7 və 10 yaşında olduğu müəyyən edilib.