Azərbaycana meymunçiçəyi ilə bağlı testlər gətiriləcək
    • 17-06-2022, 13:00
    • 353

Azərbaycana meymunçiçəyi ilə bağlı testlər gətiriləcək

“Azərbaycan səhiyyəsi istənilən epidemik və pandemik çağırışlara cavab verməyə hazırdır”.

News24.az xəbər verir ki, bunu APA-ya açıqlamasında səhiyyə naziri Teymur Musayev bildirib.

Nazir deyib ki, meymunçiçəyi ilə əlaqədar bütün lazımi qabaqlayıcı tədbirlər görülüb:

“Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən ölkəmizə bu günlərdə testlər gətiriləcək. Eyni zamanda meymunçiçəyinin müalicəsi üçün lazım olan və qeydiyyatdan keçmiş bütün dərman preparatları çox qısa müddətdə ölkəmizə gətiriləcək”.