Koronavirusu 45 dəqiqəyə təyin edən testlər gətiriləcək- ÜST
    • 24-04-2020, 15:00
    • 758

Koronavirusu 45 dəqiqəyə təyin edən testlər gətiriləcək- ÜST

“Azərbaycanda da koronavirusun təyini ilə bağlı ekspres testlər tətbiq ediləcək”.
News24.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyinin mütəxəssisi Cəvahir Süleymanova deyib.
O bildirib ki, ekspres testlər vasitəsilə 45 dəqiqə ərzində diaqnoz qoymaq mümkün olacaq: “Azərbaycanda testlərlə bağlı unikal sistem yaradılıb. İnsanlardan nümunələr götürülür və laboratoriyalarda analiz edilir. Bu, insanları təhlükəli vəziyyətə düşməkdən qoruyur. Yəni müayinə olunan insanda virus yoxdursa, xəstəxanaya getməsinə ehtiyac qalmır və bununla da o, virusa yoluxmaq təhlükəsindən qorunmuş olur. Hazırda isə labortoriyaya çatdırıldıqdan sonra ən azı 6-7 saat ərzində testin cavabı hazır olur”.