Venesuela Prezidentinin Azərbaycana səfəri başa çatıb
    • 17-06-2022, 22:00
    • 440

Venesuela Prezidentinin Azərbaycana səfəri başa çatıb

Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduronun Azərbaycan Respublikasına işgüzar səfəri iyunun 17-də başa çatıb.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident Nikolas Maduronu Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər yola saldılar. /AZERTAC/