Zimbabve Prezidentinin Azərbaycana səfəri başa çatıb
    • 19-01-2019, 17:15
    • 951

Zimbabve Prezidentinin Azərbaycana səfəri başa çatıb

Zimbabve Prezidenti Emmerson Mnanqaqvanın Azərbaycana işgüzar səfəri yanvarın 19-da başa çatıb.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
E.Mnanqaqvanı hava limanında Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Ramiz Həsənov və digər rəsmi şəxslər yola salıblar.

//Report