Azərbaycanda məzunun öldüyü dəhşətli hadisənin TƏFƏRRÜATI
    • 18-06-2022, 11:26
    • 380

Azərbaycanda məzunun öldüyü dəhşətli hadisənin TƏFƏRRÜATI

İyunun 15-də Lənkran rayonunun Osaküçə kəndində yerləşən istirahət mərkəzində “Son zəng” tədbiri keçirən məzunlardan birinin ölməsi hadisəsinin təfərrüatları məlum olub.

News24.az
xəbər verir ki, hadisənin “Pambəhi” istirahət mərkəzində baş verməsi məlum olub.

Hadisə yerində olmuş şəxslərdən birinin bildirdiyinə görə, məktəbi bitirmələrini qeyd edən Masallı rayonunun Mollaoba kəndindəki məktəbin məzunları istirahət mərkəzində yeyib-içiblər, onlar həmçinin spirtli içki qəbul ediblər.

Daha sonra istirahət mərkəzindən keçən çayın genişləndirilmiş hissəsində Masallı rayon Mollaoba kənd sakini olan 2004-cü il təvəllüdlü Məhəmmədəli Əzizli Yasin oğlu ehtiyatsızlıqdan çaya düşüb.

Ətrafındakılar onu xilas etməy çalışb, lakin 18 yaşlı Məhəmmədəli boğulub və o sudan çıxarıldıqdan sonra xeyli vaxt süni nəfəs və ürək masajı edilsə də, onun həyata qaytarmaq mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.