Xınalıq kəndində dəhşətli hadisə - Ölən var
    • 20-06-2022, 11:43
    • 339

Xınalıq kəndində dəhşətli hadisə - Ölən var

Quba rayonunun Xınalıq kəndində intihar hadisəsi baş verib.

News24.az-ın məlumatına görə, hadisə dünən gündüz saatlarında baş verib.
Kənd sakini, 1966-cı il təvəllüdlü Rufulla Əlif oğlu Ağamirzoyev özünü yaşadığı evin həyətindəki tövlənin damındakı armaturdan kəndirlə asıb. O, hadisə yerində dünyasını dəyişib.

Xınalıq sakininin hansı səbəbdən intihar etməsi məlum deyil.

Faktla əlaqədar araşdırmalar aparılır.