Daha bir ölkədə meymunçiçəyi virusu AŞKARLANDI
    • 20-06-2022, 15:28
    • 247

Daha bir ölkədə meymunçiçəyi virusu AŞKARLANDI

Livanda əcnəbi qadında meymunçiçəyi virusunun aşkarlandığı bildirilib.

News24.az xəbər verir ki, Livanın Səhiyyə Nazirliyi ölkədə aşkar edilən ilk meymunçiçəyi xəstəliyi ilə bağlı açıqlama yayıb.

Açıqlamada əcnəbi qadında meymunçiçəyi virusunun aşkar edildiyi, qadının həkim nəzarəti altında evdə karantinə alındığı bildirilib.

Xəstənin hansı ölkədən gəldiyi barədə məlumat verilməyən açıqlamada vəziyyətinin stabil olduğu qeyd edilib.