51 yaşlı kişi özünü asdı
    • 20-06-2022, 23:12
    • 537

51 yaşlı kişi özünü asdı

Samuxda intihar hadisəsi baş verib.

Hadisə rayonun Kolayır kəndində qeydə alınıb.

Belə ki, 1971-ci il təvəllüdlü kənd sakini Əliyev Elxan yaşadığı evdə özünü asıb. Onun intihar etməsinin səbəbi hələlik bilinmir. 

Faktla bağlı araşdırma aparılır. /Qafqazinfo/