-
- 21-06-2022, 13:20
- 466
Azərbaycanda bu şəxslərin maaşı artırılır
Azərbaycanda məhkəmə hakimlərinin maaşı artırılır.
News24.az-huquq.az-ın xəbərinə görə, bununla bağlı "Məhkəmələr və hakimlər haqqında" qanunda dəyişiklik edilir. Qanunun 106-cı (Hakimlərin maddi təminatı) maddəsinə edilən dəyişikliyə əsasən, Ali Məhkəmənin sədrinə 3550 manat həcmində maaş veriləcək.
Bu, ali, apellyasiya və birinci instansiya məhkəmələrinin hakimlərinin də maaşına təsir göstərəcək. Belə ki, qanuna görə, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və apellyasiya məhkəmələrinin sədrlərinə ali məhkəmə sədrinin vəzifə maaşının 90 faizi həcmində, ağır cinayətlər məhkəmələrinin, Naxçıvan Muxtar Respublikası ağır cinayətlər məhkəməsinin, hərbi məhkəmələrin, inzibati məhkəmələrin və kommersiya məhkəmələrinin sədrlərinə Ali Məhkəmə sədrinin vəzifə maaşının 80 faizi həcmində, digər məhkəmələrin sədrlərinə Ali məhkəmə sədrinin vəzifə maaşının 70 faizi həcmində, bütün məhkəmələrin sədr müavinlərə müvafiq məhkəmə sədrinin vəzifə maaşlarının 90 faizi həcmində, Ali Məhkəmənin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və apellyasiya məhkəmələrinin kollegiya sədrlərinə müvafiq məhkəmə sədrinin vəzifə maaşının 85 faizi həcmində, bütün məhkəmələrin hakimlərinə müvafiq məhkəmə sədrinin vəzifə maaşlarının 80 faizi həcmində aylıq vəzifə maaşı veriləcək.
Layihə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin ötən gün keçirilən iclasında müzakirə edilərək baxılması üçün Milli Məclisin plenar iclasının müzakirəsinə tövsiyə edilib.
Qanun qəbul ediləcəyi təqdirdə 2022-ci il sentyabrın 1-dən qüvvəyə minəcək.