-
- 21-06-2022, 15:53
- 511
Bülent Ersoy üçün 1,5 milyonluq məzar - Lifti də olacaq
Türkiyənin məşhur müğənnisi Bülent Ersoy Ankarada açılışa qatılıb.
Tədbirdən sonra jurnalistlərin suallarını cavablandırıb.
Ötən il atası Fikret Koçun vəfatı ilə sarsılan Ersoyun doğmasını dəfn edərkən məzar başındakı sözləri uzun müddət müzakirə mövzusu olmuşdu. Sənətkar bununla əlaqədar “Canım atam çox arıq, qısaboylu idi. Qəbiristanlıqda “mən bura sığmaram” dedim. Yanımdakı Fevzi bəy də “sənə böyüyünü hazırlayacağıq” dedi. Mən sosial mediada nələrin baş verdiyinə baxmıram”, - deyib.
Ersoy ona ünvanlanan “məzar yeriniz bəllimi? Öncədən planlaşdırdınızmı?” sualına “hörmətli daxili işlər nazirimizdən xahiş etdim. Bəli, məzar yerim bəllidir”, - deyə cavab verib.
Bununla bağlı sənətkarın meneceri Fevzi Siverek də yeni açıqlama verib: “Bülent xanım çox dəyərli daxili işlər naziri Süleyman Soyludan bir xahiş edib. Bülent xanıma Zincirkuyuda bir məzar yeri tapmışam. Amma heyranları ona toxuna bilməsin deyə bir az dərin edəcəyik. Dərin etdiyimiz üçün Bülent xanımın məzarını liftli edəcəyik. Liftlə aşağı endirəcəyik. Lift də şifrəli olacaq. Bir də məzarını sadə edəcəyik. Əgər məndən əvvəl haqqın rəhmətinə qovuşarsa, belə bir layihəmiz var. Bülent Ersoyu dəfn etmək istəməzdim, təbii. Mənim 27 illik həm dostum, həm ailəmdir. Bizdən əvvəl vəfat edərsə, üçnəfərlik məzar yeri hazırdır. Məzarın hazırlanması 1,5 milyon lirəyə başa gələcək”. /Qafqazinfo/