-
- 27-06-2020, 12:03
- 1 202
"Arxamca dua oxuyacaq heç kimim yoxdur..." - BÜLENT ERSOY AĞLADI - VİDEO
"Mən təkəm! Uşağım, kimsəm yoxdur. Ona görə də insanları xoşbəxt etmək istəyirəm. Xüsusilə də anam dünyasını dəyişəndən sonra. Düzdür, atam yaşayır, amma anam mənim üçün bir başqa idi! Anama dedim ki, tək qalmayacaqsan, mən də yanına gələcəm. 70 yaşındayam, amma yenə anamı istəyirəm. Həm yaxın dostumu- Nur Yerlitaşı, həm də anamı eyni gündə dəfn etdim. Hər dəfə anam, rəfiqələrim Nur Yerlitaş, Oya Aydoğan üçün dualar oxutdururam. Amma arxamca dua oxuyacaq heç kimim yoxdur. İşin ən pis tərəfi də budur".
News24.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu sözləri Türkiyənin divası Bülent Ersoy deyib. Bir müddət bundan əvvəl anasını itirən müğənni Bülent Ersoy münsif olduğu "Kuaförüm Sensin" proqramında ağlayıb.
Qeyd edək ki, Bülent Ersoyun anası 28 aprel tarixində vəfat edib.
Sevda Bayramova