Eldar Əzizov islahatlara başladı: Bakı İH-də 3 qurum ləğv edildi
    • 19-12-2018, 10:52
    • 1 098

Eldar Əzizov islahatlara başladı: Bakı İH-də 3 qurum ləğv edildi

Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov struktur islahatlarına başlayıb. 

Struktur islahatları çərçivəsində Bakı şəhər İcra Hakimiyyətinin tabeliyindəki departament və idarə statusunda 3 təşkilat ləğv edilib. 

Həmin təşkilatlarda çalışan əməkdaşlara hələ İcra Hakimiyyətinin tabeliyindəki digər təşkilatlarda işlə təmin olunub-olunmayacaqları bildirilməyib. 

Bakı şəhər İcra Hakimiyyətinin yaxın iki gündə bu barədə geniş açıqlama yayacağı gözlənilir.

//Bakupost