Mehman Allahverdiyev "Kəpəz"ə qayıtdı
    • 23-06-2022, 13:53
    • 247

Mehman Allahverdiyev "Kəpəz"ə qayıtdı

2022/2023 mövsümündən Azərbaycan Premyer Liqasında mübarizə aparacaq "Kəpəz" klubunda yeni təyinat gerçəkləşib.

 News24.az-ın verdiyi məlumata görə, Mehman Allahverdiyev Gəncə təmsilçisinin idman direktoru təyin olunub. Mütəxəssislə 1 illik müqavilə imzalanıb. Rəsmi açıqlama yaxın saatlarda veriləcək.

Məlumatı "Report"un əməkdaşı ilə söhbətində Allahverdiyevin özü də təsdiqləyib.

Qeyd edək ki, əslən gəncəli olan Mehman Allahverdiyev Azərbaycanın ən titullu məşqçilərindəndir. O, "Kəpəz"in baş məşqçisi kimi 3 dəfə Azərbaycan çempionu, 4 dəfə ölkə kuboku, 2 dəfə gümüş, 1 dəfə bürünc medalları qazanıb. Allahverdiyev həm məşqçilik karyerası ərzində, həm də sonradan icraçı direktor kimi yalnız "Kəpəz"də çalışıb. O, 2016-cı il sentyabrın 22-də klubun Müşahidə Şurasının qərarı ilə icraçı direktor vəzifəsindən azad olunub və o vaxtdan futbol sahəsində çalışmayıb.