Məmmədyarovlar ailəsi Rusiyadakı dünya çempionatında iştirak edəcək
    • 19-12-2018, 14:25
    • 874

Məmmədyarovlar ailəsi Rusiyadakı dünya çempionatında iştirak edəcək

Rusiyanın Sankt-Petarburq şəhərində şahmatın rapid və blits növləri üzrə dünya çempionatında iştirak edəcək beş Azərbaycan şahmatçısı müəyyənləşib. 

Kişi şahmatçılardan Şəhriyar Məmmədyarov və Rauf Məmmədovun yarışda çıxış edəcəyi artıq dəqiqləşib. Hazırkı dünya çempionu norveçli Maqnus Karlsen də "King Salman Word Cup"a qatılacaq.  
Qadınların yarışında isə Azərbaycanı Zeynəb və Türkan Məmmədyarova ilə yanaşı, Günay Məmmədzadə də təmsil edəcək. 
Qeyd edək ki, 25 - 31 dekabrda keçiriləcək dünya çempionatının mükafat fondu 1 milyon dollardır. Yarışda iştirak üçün qeydiyyat dekabrın 22-də başa çatacaq. 

//Report