-
- 25-06-2022, 00:53
- 558
TürkPA-nın növbəti iclası İstanbulda keçiriləcək
Qırğızıstanın Çolpon-Ata şəhərində Türk Dövlətlərinin Parlament Assambleyasının (TürkPA) XI iclası başa çatıb.
News24.az xəbər verir ki, iclas iştirakçıları sosial sahibkarlığın inkişafı haqqında nümunəvi qanun layihəsinə baxaraq təsdiq ediblər, komissiyaların sədrləri və sədr müavinlərini, baş katibin müavinini seçiblər.
Tərəflər TürkPA-nın 2023-cü il üçün büdcəsini nəzərdən keçiriblər baxıblar. TürkPA-nın XI plenar iclasının iştirakçıları Təşkilatın növbəti XII plenar iclasının 2023-cü ildə İstanbulda (Türkiyə) keçirilməsi barədə qərar qəbul ediblər.
Tədbirin yekunu olaraq Türk Dövlətlərinin Parlament Assambleyasının XI plenar iclasının Çolpon-Ata Bəyannaməsi qəbul edilib.
Eyni zamanda Türkdilli Ölkələrin Parlament Assambleyasının adının Türk Dövlətlərinin Parlament Assambleyası adlandırılması haqqında sənədin imzalanması mərasimi olub.