Bu gün “general-leytenant” rütbəsi alan hərbçilər kimdir?
    • 25-06-2022, 14:36
    • 538

Bu gün “general-leytenant” rütbəsi alan hərbçilər kimdir?

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında” sərəncam imzalayıb.

News24.az xəbər verir ki,  onlar arasında “general-leytenant” hərbi rütbəsi alanlar da var. 

Bu şəxslər general-mayor Zakir Samiddin oğlu Ağayev və general-mayor Azər Əli oğlu Əliyevdir. 

Zakir Ağayev Müdafiə Nazirliyi Baş Hərbi İnspeksiyasının rəisi vəzifəsində xidmət edir. “Azərbaycan Bayrağı” ordenli Z.Ağayev general-mayor rütbəsini 2017-ci ilin iyununda almışdı.

Rütbəsi artırılan digər hərbçi Azər Əliyev isə Hərbi Akademiyanın Əməliyyat Baş İdarəsinin rəisi vəzifəsini icra edir. O, 2021-ci ilin iyulunda bu Akademiyanın tədris üzrə müavini vəzifəsindən azad edilərək idarə rəisi təyin edilib. /Qafqazinfo/