Beş yaşlı uşaq üçüncü mərtəbədən yıxıldı
    • 27-06-2022, 19:27
    • 336

Beş yaşlı uşaq üçüncü mərtəbədən yıxıldı

Mingəçevirdə beş yaşlı uşaq üçüncü mərtəbədən yıxılıb.

Hadisə Dilarə Əliyeva küçəsində yerləşən beşmərtəbəli binada baş verib.

2017-ci il təvəllüdlü Hüseynov Əmrah Fərid oğlu nəzarətsiz qalaraq binanın 3-cü mərtəbəsindən yerə yıxılıb.

Yaralı uşaq dərhal ətrafdakıların köməyi ilə xəstəxanaya çatdırılıb. \Qafqazinfo\